Xamneyinin nümayəndəsi: “Mümkün müharibənin ilk günündə 20 min amerikalı öləcək”

Xamneyinin nümayəndəsi: “Mümkün müharibənin ilk günündə 20 min amerikalı öləcək”

GünAz TV: İran Ali Məsləhət Şurasının üzvü Məhəmmədhüseyn Səffar Hərəndi Həmədanda universitetdə tələbələrlə görüş keçirib.

 

O, çıxışı zamanı “müharibə başlayarsa, 20 min amerikalını ilk gündə öldürəcəklərini” iddia edib.

 

Çıxışını ABŞ əleyhinə fikirlərə həsr edən Hərəndi “düşmənin İranla müharibə aparmağa qüdrətinin olmadığını” deyib.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatının ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasından sonra Tramp İrana qarşı hücum əməliyyatına icazə vermişdi. Bu əməliyyatda İranın 3 obyektinə zərbələr endirilməsi nəzərdə tutulurdu. Lakin hücumun baş tutmasına 10 dəqiqə qalmış ABŞ prezidenti onu ləğv etmişdi. Ağ Evin açıqlamasında bildirilirdi ki, Amerikanın hücumunda İran tərəfindən azı 150 nəfərin ölmə ehtimalı olduğundan, Tramp bir PUA-ya görə bu qədər insanın ölməsini istəməmiş və hücumu ləğv etmişdi.

 

Bir neçə gün sonra Tramp “Twitter” səhifəsində İrana qarşı hərbi əməliyyatlara başlamaqdan geri çəkilmədiyini, əksinə bu planı təxirə saldığını bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN