Xamneyinin nümayəndəsi: “Sepah” heç bir seçkiyə müdaxilə etməyib, gələcəkdə də etməyəcək”

Xamneyinin nümayəndəsi: “Sepah” heç bir seçkiyə müdaxilə etməyib, gələcəkdə də etməyəcək”

GünAzTV: İranın dini liderinin “Sepah”dakı nümayəndəsi axund Əli Səidi, mayın 13-də jurnalistlərə açıqlamasında qarşıdan gələn prezident seçkilərindən və “Sepah”ın bu seçkilərin nəticələrinə müdaxilə edib-etməyəcəyindən danışıb.

 

Səidinin bu açıqlaması, “Sepah”a bağlı “Tasnim” agentliyinin islahatçıların namizədləri kimi tanınan Həsən Ruhaniyə və vitse-prezident İshaq Cahangiriyə qarşı cürbəcür ittihamlar yağdırmasından, onlara qarşı ifşaedici ifşa yazılar dərc edib yaymasından bir gün sonraya təsadüf edib.

 

Axund Səidi bildirib ki, “Sepah” bu günə qədər seçkilərdən heç birinə müdaxilə etməyib, etmir, gələcəkdə də etməyəcək: “Sepah”, bir hərbi qurum olaraq seçkilər zamanı yalnız meyar və prinsipləri  pasdarlara (“Sepah”çılara) və bəsicilərə xatırladır. Bu isə onun seçkilərə müdaxiləsi mənasında deyil. Bu, sadəcə olaraq mövcud üsul və qaydalar çərçivəsində düzgün hərəkət və istiqamət anlamındadır”.

 

Qeyd edək ki, son günlər hakimiyyətin qatı mühafizəkarlar qanadından olan namizədlərə və “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatına bağlı qüvvələrin ölkənin ayrı-ayrı bölgələrində Həsən Ruhaninin seçki qərargahına hücumu barədə müxtəlif məlumatlar yayılıb.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

 

Seçkilərdə 6 namizəd, Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparacaq.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN