Xamneyinin “Sepah”da nümayəndəsi: “Tel-Əviv və Hayfanı yerlə yeksan edəcəyik”

Xamneyinin “Sepah”da nümayəndəsi: “Tel-Əviv və Hayfanı yerlə yeksan edəcəyik”

GünazTV: İranın dini liderinin “Sepah” terror təşkilatının “Qüds” qanadındakı nümayəndəsi axund Əli Şirazi, mayın 31-də “Qüds” günü münasibətilə Ərdəbildə keçirilən bir tədbirdə çıxış edərək, İsrailə qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

Öz çıxışında İranın raket gücünün gündən-günə artmasından danışan axund bildirib ki, islam respublikası İsrail şəhərlərini məhv etməyə tam qadirdir: “İran İslam Respublikası özünün “Şəhab” adlı uzaqmənzilli raketləri ilə Tel-Əviv və Hayfanı məhv edib yerlə yeksan etməyə qadirdir və dünya zülmkarlarının da bütün cəfəngiyyatları boşboğazlıqdan başqa bir şey deyil və nəticə verməyəcək.

 

Bu gün, “saxta sionist rejimi” fələstinlilərin hərbi gücü və onların raket və pilotsuz uçan qurğularla təchiz olunması qarşısında aciz qalıb. Sözsüz ki, İsrail məhv ediləcək və İran İslam Respublikası “Hizbullah”ın yanında duraraq, müqavimət cəbhəsini gücləndirəcək. Şübhə yoxdur ki, bugünkü nəsil, İsrailin çökməsinin və onun tamamilə məhv olunmasının şahidi olacaq. Dünya isə tezliklə regionda İsrail və Al-i Səudun çürümüş sümüklərinin qırılma səsini eşidəcək” – deyə axund Əli Şirazi əlavə edib.

 

Qeyd edək ki, axund Şirazi və İranın digər rəsmiləri bundan əvvəl də “İsrailin tezliklə məhv ediləcəyi” barədə təkrar və şablon bəyanatlar səsləndirərək, rəsmi Tel-Əvivi təhdid ediblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN