Xamneyinin sərəncamı ilə İran ordusunda yeni təyinatlar həyata keçirilib

Xamneyinin sərəncamı ilə İran ordusunda yeni təyinatlar həyata keçirilib

GünAzTV: İranın dini lideri Əli Xamneyinin noyabrın 5-də imzaladığı üç sərəncamla islam respublikası ordusunda yeni təyinatlar həyata keçirilib.

 

Xamneyinin ilk sərəncamı ilə general Məhəmmədhüseyn Dadrəs İran İslam Respublikası ordusu baş komandanının canişini vəzifəsinə təyin edilib. O, həmin postdan uzaqlaşdırılan general Əhmədrza Purdəstanı əvəz edib.

 

Xamneyinin digər sərəncamı ilə admiral Hüseyn Xanzadi İran İslam Respublikası ordusu dəniz qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. O, bu postdan uzaqlaşdırılan admiral Həbibullah Səyyarini əvəz edib.

 

                                            Admiral Hüseyn Xanzadi

 

Xamneyinin daha bir sərəncamı ilə İran ordusu dəniz qüvvələrinin keçmiş komandanı Həbibullah Səyyari, İran ordusu baş komandanının koordinasiya işləri üzrə müavini vəzifəsinə təyin edilib.

 

                         Admiral Həbibullah Səyyari

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN