Xürrəmşəhrdə rejimə qarşı etirazlar qana boyanıb. Polislərin odlu silahlardan atəş açması nəticəsində 4 nəfər həlak olub – FOTOLAR və VİDEOLAR

Xürrəmşəhrdə rejimə qarşı etirazlar qana boyanıb. Polislərin odlu silahlardan atəş açması nəticəsində 4 nəfər həlak olub – FOTOLAR və VİDEOLAR

GünAzTV: İranın Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində içməli su qıtlığına, əhaliyə çirkli və zığlı su verilməsinə qarşı bir neçə gündür davam edən dinc etirazlar, hökumət qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb.

 

İyunun 30-u axşam saatlarında on minlərlə Xürrəmşəhr sakini küçələrə axışaraq, rejimin su qıtlığından əziyyət çəkən yerli əhalinin tələblərinə laqeyd qalmasına qarşı yürüş keçirərək, rejimə, İranın dini lideri axund Əli Xamneyiyə və digər rəsmilərə qarşı şüarlar səsləndiriblər.

 

“Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Molla hakimiyyətini istəmirik”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Din adı ilə bizi qarət edirlər”, “Ləyaqətsiz məsulları istəmirik” və digər şüarlar səsləndirən etirazçılar, hökumətin silahlı qüvvələrinin hücumuna məruz qalıblar. Dinc yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edildikdə,  etirazçılar hüquq-mühafizə qüvvələrinə daş ataraq özlərini müdafiə etməyə çalışıblar. Lakin polis qüvvələrinin etirazçılara odlu silahlardan atəş açması nəticəsində ən azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

 

Hökumət qüvvələri tərəfindən güllə yarası alaraq ölən və yaralananların kimliyi hələlik bəlli deyil. Dinc etirazların hökumət qüvvələri tərəfindən qana boyanması, yürüş işrtirakçılarının qəzəbinə sbəb olub. Nəticədə etirazlar və qarşıdurmalar bir neçə saat davam edib. Həmçinin onlarla yürüş iştirakçısı polis və təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Yayılan məlumata əsasən, Xürrəmşəhrə ətraf bölgələrdən əlavə polis qüvvələri gətirilib. Hazırda şəhərdə vəziyyət gərgindir.

 

Qarşıdurmalardan az sonra İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlamasında yürüşdə 4 etirazçının rejim qüvvələri tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbəri təkzib edərək, yalnız bir nəfərin yaralandığını bəyan edib. Xürrəmşəhrin fərmandarı Vəliyulla Həyati isə mediaya açıqlamasında 4 yürüş iştirakçısının öldürülməsi ilə bağlı xəbəri rədd edib. O bildirib ki, etirazlarda yalnız 5 nəfər bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 A.M
 
 
 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN