Xürrəmşəhrdə su qıtlığı ilə bağlı etirazlar: “Din adı ilə bizi qarət edirlər” - FOTOLAR və VİDEOLAR

Xürrəmşəhrdə su qıtlığı ilə bağlı etirazlar: “Din adı ilə bizi qarət edirlər” - FOTOLAR və VİDEOLAR

 GünAzTV: İyunun 29-da İranın sünni ərəblər yaşayan Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində əhaliyə şirin su əvəzinə çirkli və şor su verilməsinə, bölgədə su qıtlığına qarşı kütləvi etirazlar keçirilib.

 

Xürrəmşəhrdə cümə namazı qılınan məkanın qarşısında toplaşan minlərlə etirazçı, əyalətin şirin suyunun gizli borularla qonşu ərəb ölkələrinə satılmasına, yerli əhaliyə isə zığlı su verilməsinə qarşı aksiya keçirərək, hakimiyyət və yerli məsullar əleyhinə şüarlar səsləndiriblər.

 

Fars və ərəb dillərində “Top, tank, fişfişədən qorxmuruq, axund cəhənnəm olmalıdır”, “Din adı ilə bizi qarət edirlər”, “Ləyaqətsiz məsulları istəmirik”, “Fərmandar, cəhənnəm ol, itil gözlərdən” və s. şüarlar səsləndirən etirazçılar, yerli məsulları əhalinin su qıtlığından əziyyət çəkməsinə görə cavabdeh olmalarını, problemin dərhal aradan qardırılmasını tələb ediblər.

 

Əllərində boş su qabları gəzdirən bəzi etirazçılar, aksiyaçıların qarşısına çıxıb onları verdiyi vədlərlə sakitləşdirməyə çalışan yerli rəsmilərdən birini “yalançı” adlandıraraq fitə basıblar. Etirazçılardan biri isə jurnalistlərə açıqlamasında əhaliyə verilən suyun insanların sağlamlığına qarşı təhlükə yaratmasından danışıb: “Əhaliyə verilən su çirkli, zığlı və şordur. Xoşagəlməz iyi olan bu suyu içmək, onunla çimmək, yemək bişirmək və qab-qacaq yumaq mümkün deyil. Məsullar buna görə cavabdeh olmalı, buna bir çarə qılmalıdırlar”.

 

 

Etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN