Xuzistan əyalətində “Sepah”ın pilotsuz təyyarəsi qəzaya uğrayıb - VİDEO

Xuzistan əyalətində “Sepah”ın pilotsuz təyyarəsi qəzaya uğrayıb - VİDEO

GünazTV: “Sepah” terror təşkilatının pilotsuz təyyarəsi qəzaya uğrayıb. Hadisə, yanvarın 28-i günorta saat 12:25 radələrində  Xuzistan əyalətində baş verib.

 

Yayılan məlumatlara əsasən, “Sepah”ın “Şahid 129” tipli pilotsuz təyyarəsi Xuzistan əyalətinin Mollasani şəhəri yaxınlığında, Şənicə kəndi ətrafında qəzaya uğrayıb.

 

“Sepah”ın hava-kosmik qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi bəyanat yayaraq, pilotsuz təyyarənin, Xuzistan-İsfahan əyalətləri arasında uçarkən yaranmış texniki nasazlıq üzündən süqut etdiyini bildirib.

 

Təyyarənin düşdüyü bölgə əhalisindən xəsarət alan olmayıb.

 

VIDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN