Xuzistan əyalətinin müxtəlif şəhərlərində 300-dən çox milli və siyasi fəal həbs edilib - VİDEO

Xuzistan əyalətinin müxtəlif şəhərlərində 300-dən çox milli və siyasi fəal həbs edilib - VİDEO

GünAzTV: Son günlər İranın Xuzistan əyalətinin müxtəlif şəhərlərində 300-dən çox milli və siyasi dinc fəal həbs edilib. Bu barədə İran ərəblərinin hüquqları uğrunda fəaliyyət göstərən təşkilatlar məlumat yayıb.

 

Bildirilir ki, Əhvaz şəhərində hərbi parada hücumdan bir neçə gün sonraya təsadüf edən kütləvi həbslər, Xuzistanın Əhvaz, Abadan, Xorrəmşəhr şə Susəngerd şəhərlərində həyata keçirilib və yerli polislə təhlükəsizlik qüvvələrinin milli və siyasi fəalların evlərinə hücumda 300-dən çox insan həbs edilərək naməlum istiqamətə aparılıb. Hər 300 fəalın evində yoxlamalar aparılıb, onlara məxsus kompüterlər və bir sıra şəxsi əşyalar götürülüb. Tutulanların hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Beş silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıb. Atəş nəticəsində ən azı 28 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 60-a yaxın insan yaralanıb.

 

İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı”nın hücumun məsuliyyətini üzərinə götürməsi barədə məlumatlar yayılsa da, sonradan həmin təşkilat bununla bağlı yayılan məlumatları təkzib edib. Hadisədən az sonra İŞİD terror qruplaşması bəyanat yayaraq, hərbi parada silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb və bununla bağlı bir video da yayıb.

 

İrandakı ərəb mənbələrinin bildirdiyinə görə, İŞİD terror qruplaşmasın hücumun məsuliyyətini üzərinə götürməsinə baxmayaraq, İran rejimi fürsətdən istifadə edərək yerli ərəb fəallarını kütləvi şəkildə həbs edir və onları parada hücumda günahlandırmağa çalışır.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN