Xuzistan vilayətində bir neçə könüllü yardım sevər “Sepah” tərəfindən həbs edilib

Xuzistan vilayətində bir neçə könüllü yardım sevər “Sepah” tərəfindən həbs edilib

GünAz TV: Xuzistan vilayətində yerləşən Quriyə kəndində seldən əziyyət çəkən yerli əhalisi arasında xalqın topladığı humanitar yardımları bölüşdürən könüllülər “Sepah”ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs ediliblər.

 

“İranda İnsan Haqları Kampaniyası”nın insan haqları aktivisti Kərim Dəhimiyə istinadən verdiyi məlumata əsasən, xuzistanlı iki könüllü yardım sevər Əhməd Kəbi və Yaqub Kəbi bu gün,  digər 9 yardım sevər isə aprelin 9-da həbs ediliblər.  

 

Kərim Dəhiminin sözlərinə görə, Əhməd və Yaqun Kəbi əhali arasında yığılmış yardımları bölüşdürən zaman “Sepah”ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıblar. Onların hansı səbəbdən tutulduğu məlum deyil.

 

Qeyd etmək lazımdır ki, aprelin 2-də “Sepah” əməkdaşları Əhvazda sel fəlakəti ilə üzləşmiş ərəb vətəndaşları atəşə tutmuşdu. Hadisə nəticəsində bir neçə nəfər ölmüş və yaralanmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN