Xuzistan zəlzələsində yaralananların sayı azı 112 nəfərdir

Xuzistan zəlzələsində yaralananların sayı azı 112 nəfərdir

GünAz TV: Xuzistan 5.7 bal gücündə baş vermiş zəlzələdən sonra təcili yardım briqadaları gücləndirilmiş iş rejiminə keçib və mütəxəssislər yenidən daha güclü yeraltı təkanın baş verə biləcəyini deyirlər.

 

Hələ ki, zəlzələ nəticəsində yaralananların sayı ilə bağlı dəqiq məlumat verilmir. Lakin bəzi yerli media orqanları onların sayının ən azı 100 nəfərdən çox olduğunu bildirirlər.

 

İran Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalid isə bildirib ki, təmsil etdiyi qurumda olan məlumatlara əsasən, zəlzələ nəticəsində 112 nəfər yaralanıb. Onlardan 108 nəfəri Məscid Süleyman şəhərinin əhalisidir.

 

Xatırladaq ki, iyulun 8-də Xuzistan vilayətində 5.7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan Küveyt kimi ətraf ölkələrdə də hiss edilib.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN