Xuzistanda ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyaları davam edir, saxlanılanlar var

2018-04-02 10:55

GünAz TV: Martın 28-də Əhvazda Xuzistan Teleradio Şirkətinin binası önündə baş tutan etiraz aksiyası bir neçə gündür davam etdirilir.

 

Ərəblərin irqçiliyə qarşı keçirdiyi etirazlar Xuzistan Əyalətinin Əhvaz və Abadan şəhərləri başda olmaqla bir neçə şəhərdə baş tutub.

 

Aksiyalar martın 23-də İranın 2-ci kanalında yayımlanan bir uşaq verilişinin məzmununa etiraz olaraq həyata keçirilir. Belə ki, aparıcı İran xəritəsində müxtəlif millətlərin yaşadığı məntəqələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvazın üzərinə ərəblərə məxsus geyimi olan gəlincik deyil, başqa bir gəlincikdən istifadə edib. Bu təhrif Xuzistanın ərəb əhalisinin kəskin etirazına səbəb olub.

 

Məlumata görə, ərəblərin dinc aksiyası təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb, onlara qarşı qozyaşardıcı qazdan istifadə olunub. Əhvazda keçirilən aksiyada bir neçə etirazçının yaralandığı bildirilir.

 

Aksiyalar başlandığı gündən bir çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların əksəriyyətinin kimliyi hələlik müəyyən edilməyib. Bazar günü saxlanılanlardan Xədicə Nisi, Aişə Nisi, Mahmud Beyt Səyyah, Səəd Nəvaseri, Məhəmməd Cəlil Knun və Əsəd Nəvaserinin kimliyi məlum olub. Şənbə günü keçirilən aksiyalarda tutulanlardan isə yalnız Xalid Mahavi və Mahmud Mahavinin adları bəlli olub.

 

 

Ərəb insan haqları fəalı Yusif Bənitorof GünAz TV-nin “Dialoq” verilişinə verdiyi müsahibədə aksiyaların irqçi hərəkətlərə etiraz olaraq keçirildiyini bildirib. Onun sözlərinə görə, “aksiyalarda onlarla etirazçı saxlanılıb. Valilik və Xuzistan Təmin Şurası vəziyyətin böhranlı olduğunu elan etdikdən sonra etiraz aksiyalarına xüsusi təyinatlı dəstələr müdaxilə edib.”

 

İrqçiliyə qarşı keçirilən aksiyalarda ərəb qadınları da kişilərlə çiyin-çiyinə etirazlara qoşulub.

 

Etirazçılar Teleradio Şirkəti rəhbərliyinin üzr istəməsi, Əhvazın ərəb kimliyini təhrif edən şəxslərin işdən çıxarılması və cəzalandırılmasını tələb edirlər.

 

Bu arada Əli Səvari adlı əhvazlı ərəbin saxlandığı zindanda işgəncələr altında öldüyü bildirilir. Narkotik maddələrinin qaçaqmalçılığında günahlandırıldığı bildirilən Ə.Savari Əhvazın Şeyban zindanında işgəncəyə məruz qalan 8 məhbusdan biri olub. Məhbusun yaxınlarından biri bu barədə İranda İnsan Haqları Təşkilatına məlumat verərək məhbusun son vaxtlar ağır işgəncələr altında saxlandığını bildirib.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30