Xuzistanda qarışıqlıq davam edir: Əyalətdə polis öldürülüb

Xuzistanda qarışıqlıq davam edir: Əyalətdə polis öldürülüb

GünAz TV: İran hökumətinə bağlı saytlar bu gün ərəblərin yaşadığı Xuzistan əyalətində polisin öldürüldüyü barədə məlumat yayıblar.

 

Xəbərlərə əsasən, bu gün səhər saatlarında Şadqan şəhərinin əsas meydanında bıçaqlı şəxslər polisə hücum ediblər. Onlar polisin silahını ələ keçirdib, daha sonra həmin silahla onu güllələyərək öldürüblər.

 

“İrna” xəbər agentliyinin yaydığı məlumatda isə polisə hücum edilənlərin iki nəfər olduğu, onlardan birinin yaralı halda ələ keçirildiyi, digərinin isə qaçdığı deyilir.

 

Qeyd etmək lazımdır ki, ərəblərin yaşadığı Xuzistan əyaləti benzinin bahalaşdırılmasına qarşı keçirilən etiraz aksiyalarında qanlı səhnələrə şahid etmişdi və ən çox ölüm halları da bu bölgədə qeydə alınmışdı. Bu günkü hücumun etirazlarla əlaqəli olub-olmaması hələ ki, məlum deyil.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN