Yaponiya körfəzə hərbi gəmilər göndərir

Yaponiya körfəzə hərbi gəmilər göndərir

GünAz TV: Yaponiya mətbuatında bu ölkənin körfəzə hərbi gəmilər göndərəcəyilə bağlı məlumat yayılıb.

 

Məlumatlara əsasən, göndərilən qüvvələr Amerika Birləşmiş Ştatlarının yaratdığı beynəlxalq koalisiyaya qoşulmayacaq, fərdi olaraq fəaliyyət göstərəcək.

 

Qeyd etmək lazımdır ki, təqribən iki ay öncə də bu xüsusda xəbərlər yayılmışdı. Lakin həmin xəbərlərdə Yaponiyanın qüvvələrinin koalisiyaya daxil olmayacağını bəyan edilirdi.

 

Mütəxəssislər bildirirlər ki, rəsmi Tokionun sözügedən koalisiyaya daxil olmamasının səbəbi İranla olan ticari əlaqələrini pozmaq istəməməsidir. Buna görə də, ölkə regionda gəmilərinin təhlükəsizliyini qorumaq üçün fərdi olaraq fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, cari ilin yay aylarında Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında və Omman dənizində İranın ticari gəmilərə qarşı həyata keçirdiyi hücumlardan sonra beynəlxalq ictimaiyyət bölgədə İranın təxribatçı addımlarına qarşı koalisiya qurmaq məsələsini irəli sürmüşdü.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN