Yatsek Çaputoviç: “Varşava konfransında barəsində müzakirə aparılacaq əsas mövzulardan biri İran məsələsidir”

Yatsek Çaputoviç: “Varşava konfransında barəsində müzakirə aparılacaq əsas mövzulardan biri İran məsələsidir”

GünAzTV: Polşanın xarici işlər naziri Yatsek Çaputoviç yanvarın 28-də jurnalistlərə açıqlamasında gələn ay Amerikanın başçılığı ilə Varşavada keçiriləcək beynəlxalq konfransdan danışıb.

 

Çaputoviç bildirib ki, dünyanın bir çox ölkə rəhbərlərinin iştirakı ilə keçiriləcək beynəlxalq konfransda aparılacaq danışıqların mühüm bir qismi İran rejimi məsələsi ilə bağlı olacaq: “Bir daha bildirirəm ki, bu konfransa Amerika başçılıq edəcək. Konfransda aparılacaq danışıqlar təkcə İranla bağlı olmayacaq. Orta Şərqdə cərəyan edən proseslər və bu regionun məsələləri ətrafında da müzakirələr aparılacaq. Lakin konfransın əsas mövzularından biri əlbəttə ki, İran məsələsi olacaq”.

 

Xatırladaq ki, yanvarın 11-də Orta Şərq ölkələrinə səfər edən ABŞ dövlət katibi Mayk Pompeo  “Fox News” agentliyinə açıqlamasında Tramp hökumətinin İran mövzusu ilə bağlı beynəlxalq konfransın keçiriləcəyindən danışıb.

 

ABŞ dövlət katibi Mayk Pompeo

 

O bildirib ki, Amerikanın başçılığı ilə keçiriləcək konfransda əsasən İranın regionda yürütdüyü dağıdıcı siyasəti və Orta Şərqdə sabitliyik və təhlükəsizlik məsələləri müzakirə ediləcək: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü dağıdıcı siyasətini müzakirə edəcəklər. Biz, əmin olmaq istəyirik ki, İran bir daha bölgənin sabitliyini pozan qüvvə olmayacaq. Beynəlxalq konfrans, 13-14 fevralda (24-25 bəhmən) Polşada keçiriləcək və ona Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkə başçıları qatılacaq”.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN