Yəhya Rəhim Səfəvi: İran müsəlman ölkələrin parçalanmasının qarşısını alacaq. Regionda ilk və son sözü biz deyirik"

Yəhya Rəhim Səfəvi: İran müsəlman ölkələrin parçalanmasının qarşısını alacaq. Regionda ilk və son sözü biz deyirik

GünAzTV: İranın dini liderinin hərbi məsələlər üzrə baş müşaviri Yəhya Rəhim Səfəvi oktyabrın 18-də Təbrizdə keçirilən “şəhid tələbələr milli konqresi” adlı mərasimdə çıxış edərək  “Həşdi-Şəəbi” qüvvələrinin İraq ordusu ilə birlikdə Kəürkükdə keçirdiyi birgə əməliyyatından və ABŞ prezidenti Donald Trampın İranla bağlı yeni straregiyasından danışıb.

 

Rəhim Səfəvi bildirib ki, İranın dəstəklədiyi “Həşdi-Şəəbi” şiə qüvvələrinin Kərkükdə keçirdiyi hərbi əməliyyat, kürd separatçılarının (bölücülərinin) İraqı parçalamaq cəhdini puça çıxarıb: “Allahın köməkliyi və İraq hökumti və xalqının gücü və səyi ilə, eləcə də “Həşdi-Şəəbi” qüvvələrinin mühüm neft zonası sayılan Kərkükdə hegemonluğu ələ alması ilə İraqın parçalanması planı məğlubiyyətə uğrayacaq. Bununla da bildiririk ki, İran İslam Respublikası, müsəlman ölkələrin parçalanmasının qarşısını alacaq, buna imkan verməyəcək”.

 

Xamneyinin baş müşaviri öz çıxışında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl İranla bağlı yeni strategiyasını elan edərkən rəsmi Tehrana qarşı səsləndirdiyi bəyanatına da toxunub: “Trampın ölkəmizlə bağlı son çıxışı bir daha göstərdi ki, onun dünya, Qərbi Asiya və İran problemləri ilə əlaqədar hər hansı bir strateji baxışı yoxdur. Tramp İran millətini və islam inqilabını hələ yaxşı tanımır. O, İranın müdrik rəhbərinin gücündən xəbərsizdir.

 

Hesab edirik ki, dünyada quldurluq və zorakılıq dövrü artıq çoxdandır başa çatıb. Amerikanın gücü isə gündən-günə tənəzzülə uğrayır. Bu gün İranın bölgədə və dünyada imici artmaqdadır. Regionda isə ilk və son sözü İran deyir.  Ümid edirik ki, Avropa ölkələri öz siyasi talelərini Amerikadan ayıracaqlar. Biz isə bir neçə ölkədən başqa, bütün dünya ilə diplomatik əlaqələrimizi saxlamaq istəyirik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN