Yəmən ordusu İranın husilərə verdiyi pilotsuz uçan qurğusunu havada vurub

Yəmən ordusu İranın husilərə verdiyi pilotsuz uçan qurğusunu havada vurub

GünazTV: Yəmənin milli ordusu aprelin 4-də İranın husilərə verdiyi pilotsuz uçan bir qurğusunu havada vurduğu barədə məlumat yayıb.

 

Bildirilir ki, Yəmən ordusu, husilərin Əl-Hədid şəhərinin yaşayış məntəqəsinə doğru uçurtduğu, İran istehsalı olan “Əbabil-T” tipli bomba dolu pilotsuz qurğusunu hədəfə çatmazdan əvvəl “Əl-Fazə” bölgəsində havada vuraraq, zərərsizləşdirib. Bununla da bir çox günahsız mülki vətəndaşın qətlə yetirilməsinin qarşısı alınıb.

 

Həmçinin  bundan əvvəl, Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası aprelin 3-də bəyanat yayaraq, husilərin daha iki pilotsuz qurğusunu havada vurduqlarını açıqlamışdı.

 

Qeyd edək ki, rəsmi Tehranın dəstəklədiyi yaraqlı husilər, son aylar İrandan aldıqları həmin pilotsuz uçan aparatlara bomba quraşdıraraq, onları Yəmənin qanuni hökumətinin nəzarətində olan yaşayış məntəqələrinə yönləndirir, günahsız insanların ölümənə səbəb olurlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN