Yəmən ordusu İranın pilotsuz qurğusunu vurduğu barədə məlumat yayıb

Yəmən ordusu İranın pilotsuz qurğusunu vurduğu barədə məlumat yayıb

GünAzTV: Yəmənin milli ordusu dekabrın 18-də bəyanat yayaraq, İranın müxalif husilərə veridiyi bir pilotsuz qurğusunu səmada vurduğunu bildirib.

 

Məlumatda bildirilir ki, yaraqlı husilərin Yəmən milli ordusuna qarşı istifadə etdiyi pilotsuz qurğu, Marəb əyalətinin şərqində, Hərib və Əl-Cubə şəhərləri arasında yerləşən bir məntəqədə səmada hədəfə alınaraq vurulub. Qeyd olunur ki, özü ilə partlayıcı maddələr daşıyan pilotsuz qurğunun qalıqları üzərindəki nişanələr, onun İran İslam Respublikasında istehsal edildiyini aşkar edib.

 

Bəyanatda, hadisənin detalları barədə hər hansı bir məlumat verilməyib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN