Yəmən prezidenti: “İran bölgənin ərəb ölkələrində terrorizmə rəvac verir”

Yəmən prezidenti: “İran bölgənin ərəb ölkələrində terrorizmə rəvac verir”

GünAzTV: Martın 29-da İordaniyada keçirilən Ərəb Dövlətləri Liqasının 28-ci sammitində çıxış edən Yəmən prezidenti Əbd Rəbbuh Mənsur Hadi, İranı regiondakı ərəb ölkələrinin, o cümlədən də Yəmənin daxili işlərinə qarışmaqda, “husi”lərə yardımda və bölgədə terrorizmə dəstək verməkdə günahlandırıb.

 

Mənsur Hadi bildirib ki, İran, qeyri-ərəb və şiə bir ölkəsi olaraq bölgədə ərəb kimliyinin məhvinə çalışır: “Husi”lərlə Əli Abdullah Salehin İranla yaratdığı koalisiyanın hədəfi, məhz Yəməni öz kimliyindən və tarixindən qoparmaqdır. “Husi”lər İranın əmri və göstərişi ilə danışıqlara qarşı çıxıb ölkə konstitusiyası əleyhinə çevriliş edərək ölkəni müharibəyə sürükləyiblər. Bundan başqa onlar, İranın yardımı ilə ölkənin bütün sərvətlərini qarət ediblər.

 

Biz İranın regiona uzanan və Yəmənin daxili işlərinə qarışan əlinin bölgədən kəsilməsini tələb edirik. “Husi”lərə və onların müttəfiqi olan Əli Abdullah Salehə bağlı qruplaşmalar və bandalar, İranın göstərişi ilə yəmənlilərə qarşı silahdan istifadə edirlər. İran, bölgənin ərəb ölkələrində terrorizmə rəvac verir, onu qızışdırır. İran, terrorizmin rəsmi hiayədarıdır. Elə buna görə də hesab edirəm ki, bu problemlərin qarşısında dayanmaq üçün ortaq bir ərəb strategiyasının hazırlanması lazımdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN