Yisrael Katz: “İran Amerika diplomatlarına hücum etməklə ölümcül səhvə yol verdi”

Yisrael Katz: “İran Amerika diplomatlarına hücum etməklə ölümcül səhvə yol verdi”

GünAz TV: İsrailin Xarici İşlər naziri Yisrael Katz İrana bağlı yaraqlı qrupların Amerika Birləşmiş Ştatlarının Bağdaddakı səfirliyinə hücumunu “ölümcül səhv” adlandırıb.

 

O, İsrailin ABŞ-ın yanında olduğunu və ayətullahların əlaltıları olan yaraqlıların səfirliyə hücumunu pislədiyini deyib. Diplomat həmçinin bütün dünyanı Tehranın cani rejiminin cinayətləri qarşısında qətiyyətlə dayanmağı çağırıb.

 

Xatırladaq ki, ABŞ-ın “Kətaibul-Hizbullah”ın mövqelərinə endirdiyi hava zərbələrindən sonra dekabrın 31-i və yanvarın 1-də İrana bağlı terroristlər bu ölkənin Bağdadın yaşıl zonasında yerləşən səfirliyinə hücum etmişdilər.

 

Digər tərəfdən, Katz dekabrın 31-də ABŞ-ın Suriya və İraqda yaraqlılara qarşı keçirdiyi əməliyyata verdiyi reaksiyada amerikalılara birbaşa İrana hücum etməyi tövsiyyə etmişdi.

 

Amerika Prezidenti Donald Tramp isə hücumla əlaqəli bildirib ki, ölkəsi hücum yaraqlıların Kərkükdə yerləşən bazaya edilmiş raket hücumuna cavab xarakteri daşıyıb və rəsmi Vaşinqton İranla müharibə etmək niyyətində deyil.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN