Yisrael Katz: “İranın nüvə proqramının genişləndirilməsi Amerika və müttəfiqlərinin kəskin cavabı ilə nəticələnəcək”

2018-09-13 11:11

GünAzTV: İsrailin kəşfiyyat naziri Yisrael Katz sentyabrın 12-də jurnalistlərə açıqlamasında İranın nüvə fəaliyyətinin genişləndirilməsindən və Qərbin buna mümkün reaksiyasından danışıb.

 

İsrailli nazirin açıqlaması, İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehinin ölkənin sentrifuqların istehsalına və uranı yüksək səviyyədə zənginləşdiriləməyə hazır olmasını elan etməsindən bir gün sonraya təsadüf edib.

 

Sentyabrın 11-də jurnalistlərə açıqlama verən Salehi deyib ki, İran nüvə fəaliyyətini yenidən bərpa etməyə tam hazırdır: “İran inkişaf etdirilmiş sentrifuqaların istehsalına, uranı yüksək səviyyədə zənginləşdirməyə hazırdır. Əlbəttə, bu bizim hazırda sentrifuqaların istehsalına başladığımız demək deyil. Sadəcə olaraq bildiririk ki, bu işə başlamağa, çoxlu sayda sentrifuqa istehsal etməyə hazır vəziyyətdəyik”.

 

İsrailin kəşfiyyat naziri Yisrael Katz bildirib ki, İranın nüvə fəaliyyətini davam etdirməsi ona çox baha başa gələcək: “Əgər İran nüvə fəaliyyətini genişləndirməyə qərar versə, birbaşa Amerika və onun müttfiqlərinin kəskin cavabı ilə qarşılaşacaq, təhdid ediləcək. İran bilməlidir ki, onun başqa çıxış yolu yoxdur. O, ya ABŞ prezidenti Donald Trampın şərtlərini qəbul etməli, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13

gun az article

İsrail yeni hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

2020-08-13

gun az article

Makronla Ruhani Livandakı vəziyyəti müzakirə ediblər

2020-08-13

gun az article

Pompeo Avropanın İrana qarşı silah embarqosununun uzadılmasını dəstəkləyəcəyindən əminlik ifadə edib

2020-08-13

gun az article

İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub

2020-08-13

gun az article

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb- VİDEO

2020-08-13

gun az article

İranın neft istehsalı azalmağa davam edir

2020-08-13

gun az article

Tehranda karantin qaydaları uzadılıb

2020-08-13

gun az article

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

2020-08-12

gun az article

GünazTV Aug.12.2020:“Amerika peyvənd dozlarının istehsalı üçün 100 milyon dollarlıq razılaşma imzaladı”

2020-08-12

gun az article

Fars əyalətində daha 11 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 654 nəfərə çatıb

2020-08-12

gun az article

Ruhanidən iddia: "Bizim hərbi gücümüz regionun xeyrinədir"

2020-08-12

gun az article

İranda daha 188 nəfər koronavirusdan vəfat edib, 2510 yeni “Covid-19”a yoluxma halı qeydə alınıb

2020-08-12

gun az article

Ruhani: "Biz adi vəziyyətdə deyilik"

2020-08-12

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 820 nəfərə çatıb

2020-08-12

gun az article

İran parlamenti namizəd kimi təqdim edilmiş yeni Sənaye nazirinə etimad göstərməyib

2020-08-12

gun az article

İranın Qum, Təbriz və Sənəndəc şəhərlərində daha 7 nəfər edam edilib

2020-08-12

gun az article

İranda "casusluq"da ittiham edilən bir neçə nəfər saxlanılıb

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11