Yukio Amano: “İran zənginləşdirilmiş uranın istehsal həcmini artırıb”

Yukio Amano: “İran zənginləşdirilmiş uranın istehsal həcmini artırıb”

GünazTV: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano iyunun 10-da jurnalistlərə açıqlamasında İranın zənginləşdirilmiş uranın istehsalını sürətləndirməsindən danışıb.

 

İranın nüvə fəaliyyəti ilə bağlı agentliyin idarə heyətinə yeni hesabat təqdim etdikdən sonra jurnalistlərlə görüşən Amano deyib ki, İran nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasını dayandıracağı ilə bağlı əvvəlki təhdidinə artıq əməl edib: “İran zənginləşdirilmiş uranın istehsal həcmini artırıb. Bu isə ciddi nigaranlığa səbəb olub. Lakin İranın uran ehtiyatının sazişdə təyin edilmiş miqdardan çox olub-olmaması hələlik bəlli deyil” –deyə Yukio Amano vurğulayıb.

 

Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyətinə təqdim etdiyi hesabatlarda və mediaya açıqlamalarında İranın nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını təsdiqləyən Amano, iyunun 10-da verdiyi açıqlamasında rəsmi Tehranın sazişin şərtlərinə sadiq qalmasını yenidən təsdiq etməkdən imtina edib.

 

Qeyd edək ki, rəsmi Tehran üç həftə əvvəl Avropa ölkələrini İrana verdikləri iqtisadi vədlərin  icrasını ləngitməkdə günahlandıraraq, aşağı miqdarda zənginləşdirilmiş uranın isehsal həcmini dörd dəfə artırdığını bəyan etmişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN