Yüz minlərlə Katalon müstəqillik üçün yürüş edib

Yüz minlərlə Katalon müstəqillik üçün yürüş edib

GünAzTV:İspaniyanın Barselona şəhərində toplanan yüz minlərlə adam, ölkənin şərqində yerləşən Kataloniyanın müstəqilliyi üçün yürüş təşkil edib. Əllərində sarı qırmızı rəngli bayraqlar daşıyan Katalonlar, Madridin bütün maneə cəhdlərinə baxmayaraq 1 oktyabrda müstəqillik üçün referenduma getmək istədiklərini bildiriblər.

 

Bölgə xalqının Diada olaraq adlandırdığı 11 Sentyabr 1714, Barselonanın İspaniyanın idarəsinə keçdiyi tarix olaraq qəbul edilir və Katalonlarda milli gün olaraq xatırlanır.

 

Kataloniya Muxtariyyatının başçısı Çarles Puçdemont da qatıldığı bir televiziya proqramında deyib ki, "Əgər qalib gələrsək, ispan diplomatiyasının təzyiqlərindən ötəri görüşməkdə çətinlik çəkdiyimiz hörmətli Jan-Klud Yunker ilə görüşə biləcəyik. Demokratiyalarda dialoqu təxirə salma haqqı yoxdur. Bu Avropa Birliyi üçün də etibarlıdır".

 

Katalon rəsmilər, 1 Oktyabrda keçirilməsi planlanan referendumda 16 min könüllünün qeyd olduğunu və Kataloniyadakı 560 bələdiyyənin referenduma qatılacağını təsdiqlədiyini bildirir.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN