Zahidan həbsxanasında daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Zahidan həbsxanasında daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum olunmuş daha 1 məhbus, edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə görə, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan müttəhim Əbdülrəşid Sendi Zehi, sentyabrın 6-da həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Onun yaxın saatlarda dara çəkiləcəyi bildirilir.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN