Zahidan zindanında daha 2 məhkum edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Zahidan zindanında daha 2 məhkum edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

GünazTV:İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin zindanında saxlanılan, qətldə günahlandırılaraq ölüm hökmü almış daha 4 məhkum, edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, yeddi il əvvəl naməlum səbəbdən qətl törədən 26 yaşlı məhkum Möhsün Bameri və iki uşaq atası olan 33 yaşlı məhkum İbrahim Qorqic, martın 5-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüblər. Hər iki məhkumun yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

  

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN