Zahidandanda polisin cavanı güllələməsindən sonra yüzlərlə insan etiraz aksiyası keçirib- Foto və

Zahidandanda polisin cavanı güllələməsindən sonra yüzlərlə insan etiraz aksiyası keçirib- Foto və

GünAz TV: İranın Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində polisin yerli sakinlərdən birini güllələyərək öldürməsi etirazlara səbəb olub.

 

Yerli əhalinin dediklərinə əsasən, Musa adlı bu cavan sürücülük vəsiqəsi olmadığına görə, postda polisin dur əmrinə tabe olmayıb. Polis bundan sonra heç bir xəbərdarlıq etmədən, onun maşınını atəşə tutub. Nəticədə bəluc gənc aldığı güllə yaralalarından ölüb.

 

Bəluc insan haqları fəallarına məxsus sayt isə xəbər verir ki, gənc mülki geyimdə olan xüsusi təyinatlılar tərəfindən güllələnib.

 

İran polisi tərəfindən öldürülən bəluc gənc Musa və övladı

 

Hadisə ilə bağlı yayılan xəbərlər yerli xalq arasında hiddətə səbəb olub. İnsanlar sosial şəbəkələrdə çağırışlar edərək, xalqı bu qanlı hadisəyə etiraz etməyə çağırıblar. Bundan sonra bəluc xalqı Zahidan icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. Polisin etirazçılara qarşı zor tətbiq etməsi iğtişaşa çevrilib və nəticədə 70-dən çox insan həbs edilib.

 

“Sepah” terror təşkilatının Kəşfiyyat Xidmətinin əməkdaşları hadisədən sonra öldürülən cavanın ailəsini təhdid ediblər. “Sepah”çılar Musanın ailəsinə xəbərdarlıq edərək, onlardan cənazəni tez dəfn etməyi, dəfn zamanı isə heç bir etiraz etməməyi və digərlərinin bunu etməsinə yol verməməyi tələb ediblər.

 

Qeyd etmək lazımdır ki, bundan öncə də İran polisi və təhlükəsizlik qüvvələri dəfələrlə Sistan və Bəlucistan vilayətində sivil insanları atəşə tutaraq qətlə yetirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN