Zərif: “Amerika çox təhlükəli bir oyuna başlayıb”

Zərif: “Amerika çox təhlükəli bir oyuna başlayıb”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif mayın 22-də CNN telekanalına müsahibəsində Amerikanın körfəzdə hərbi varlığını gücləndirməsinin təlükəli həddə çatdırılmasından danışıb.

 

Amerhikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisinin körfəz regionuna göndərilməsini “provokativ addım” adlandıran  Zərif bildirib ki, Amerika nüvə sazişinə qayıtmayana qədər, rəsmi Tehran Vaşinqtonla danışıqlara başlamayacaq: “Amerika öz hərbi qüvvələrini bölgəyə göndərməklə çox təhlükəli bir oyuna başlayıb. Bu isə hesab edirik ki, çox-çox təhlükəli provokativ bir addımdır.

 

Bildiririk ki, Amerika nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasına başlamayana qədər, İran İslam Respublikası Tramp hökuməti ilə hər hansı bir müzakirə aparmayacaq” –deyə Məhəmmədcavad Zərif vurğulayıb.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini bölgəyə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN