Zərif Amerika ilə məhkum mübadiləsinə hazır olduqlarını bəyan edib

Zərif Amerika ilə məhkum mübadiləsinə hazır olduqlarını bəyan edib

GünAz TV: İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarına Nazənin Zağəri ilə Avstraliyada həbs edilmiş iranlı qadının mübadilə edilməsini təklif edib.

 

Bundan əlavə, Zərif Qərbə xitabən bütün məhbusları mübadilə etməyi təklif edib.

 

Qeyd etmək lazımdır ki, İngiltərə və İran vətəndaşlığı olan Nazənin Zağəri Ratklif 2016-cı ildə Tehran hava limanında “siyasi sistemi devirmək” ittihamı ilə saxlanılıb. O, məhkəmədə özünə qarşı elan edilmiş bütün ittihamları rədd edib və İrana ailəsini görmək üçün gəldiyini deyib.

 

Qərb ölkələri dəfələrlə İranın günahsız insanları həbs edib, daha sonra onlardan Amerika və Avropa ölkələri ilə siyasi müzakirələrdə girov kimi istifadə etdiyi barədə bəyanatlar veriblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN