Zərif: “Amerikanın məhvi” ilə bağlı bəyanatların səsləndirilməsi düzgün deyil”

Zərif: “Amerikanın məhvi” ilə bağlı bəyanatların səsləndirilməsi düzgün deyil”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralın 28-də Tehranda keçirilən “Elmi və tədqiqat mərcəiyyətinə yiyələnmək yollarının araşdırılması” adlı toplantıda çıxış edərək, ölkənin rəsmi tribunalarından “Amerikaya ölüm” şüarının səsləndirilməsinə münasibət bildirib.

 

Zərif bildirib ki, o, ölkədə “Amerikanın məhv olunması” ilə bağlı bəyanatların səsləndirilməsini düzgün saymır: “Hesab edirəm ki, artıq indiki şərait əvvəlki kimi deyil ki, iki fövqəldövlət dünyada və beynəlxalq səhnələrdə baş verən dəyişikliklərdə təyinedici rol oynasınlar. Düşünürəm ki, o dövr artıq başa çatıb və beynəlxalq arena keçid mərhəsinə daxil olub. Bu mərhələ, post-qərb mərhələsi adı ilə tanınır.

 

Mən deyəndə ki, post-qərb mərhələsinə daxil omuşuq, bu o demək deyil ki, mən Amerikanın məhv olunacağı barədə proqnoz verirəm. Yox, mən bunu bacarmıram və hesab edirəm ki, bu kimi bəyanatların səsləndirilməsi və gündəmə gətirilməsi də düzgün deyil. Güman edirəm ki, bu kimi toplantılarda yalnız reallığa söykənərək elmi bəyanatlar səsləndirilməlidir”.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında keçirilən mərasimlərdə, ölkə rəsmilərinin tribunalardan səsləndirdiyi əsas şüarlardan biri “Amerikaya ölüm” şüarıdır. İranın dini lideri axund Əli Xamneyi isə dəfələrlə öz çıxışlarında bildirib ki, “Amerikaya ölüm” şüarı islam inqilabının əsas şüarlarından biri kimi sayılmalıdır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN