Zərif: “Aramızdakı ixtilafların həlli üçün Səudiyyə Ərəbistanına səfər etməyə hazıram”

Zərif: “Aramızdakı ixtilafların həlli üçün Səudiyyə Ərəbistanına səfər etməyə hazıram”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 21-də jurnalistlərə açıqlamasında “Əl-Məsirə” telekanalına müsahibəsində regionda baş verən olaylardan, Yəmən savaşından və Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışıb.

 

Yəməndə yaşanan böhrana toxunan Zərif deyib ki, İran İslam Respublikası husilərə dəstəyini bundan sonra da davam etdirəcək: “Biz həmişə Yəmən millətinin yanında qalacağıq. Hesab edirik ki, savaşın dayandırılması birinci növbədə Yəmən millətinə yardım edəcək. Biz Yəməndəki vəziyyətlə bağlı Pakistanın baş naziri İmran Xanla məşvərətimizi davam etdirir, bu barədə fikir mübadiləsi aparırıq. 

 

Bir daha bildiririk ki, İran bölgədə yaşanan gərginliyin azaldılması üçün irəli sürülən hər bir plan və təklifi müsbət qarşılayır. Biz, Yəmən savaşına son qoymaq məqsədilə atılan hər bir addımı dəstəkləyir və bu barədə istənilən tərəflə əməkdaşlıq edəcəyik. Mən həmçinin şərait yaranacağı təqdirdə, aramızakı ixtilafların həlli üçün Səudiyyə Ərəbistanına səfər eməyə hazıram” –deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN