Zərif: “Avropanı gözləməyəcəyik, həmişəki tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”

Zərif: “Avropanı gözləməyəcəyik, həmişəki tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”

GünAz TV: İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Avropa Birliyi ilə ticarət əlaqəsinin davam etdirilməsi üçün nəzərdə tutulan “xüsusi maliyyə kanalı”nın yaradılması üzrə əməkdaşlığının davam etdiyini deyib.

 

Onun sözlərinə görə, İran Avropanı uzun müddət gözləməyəcək və öz həmişəki tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

 

Zərif Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra ölkəsinin Çin, Hindistan və Rusiya kimi ölkələrlə həmişəki tərəfdaşlığı daha da möhkəmləndirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, hazırda Hindistanla bir sıra investisiya və neft-qaz layihələrini həyata keçirmək üzrə işlər davam edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN