Zərif: “Biz Trampa layiqli cavab verəcəyik”

Zərif: “Biz Trampa layiqli cavab verəcəyik”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 8-də jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı yürüdəcəyi siyasətindən və onun qarşıdan gələn günlərdə bu barədə açıqlayacağı mövqeyindən danışıb.

 

Jurnalistlərdən birinin verdiyi “Tramp bir neçə gün sonra İran və nüvə sazişi  (“Bərcam”) ilə bağlı strateji siyasətini elan edəcək. İranın buna reaksiyası və mövqeyi necə olacaq” sualı cavablandıran Zərif deyib ki, rəsmi Tehran Vaşinqtona lazımlı cavab verəcək: “İran İslam Respublikası başqalarının mənasız söz güləşdirmələrinə fikir vermədən bölgədə öz müstəqil siyasətini aparır. Aydın məsələdir ki, Tramp məsələ ilə bağlı öz mövqeyini açıqlayandan sonra biz ona layiqli cavab verəcəyik.

 

Bizim region çoxdandır ki, Amerikanın yürütdüyü səhv siyasətindən əziyyət çəkir. Bu bir gerçəklikdir. Tramp və onun dostları bölgəyə çoxlu silah-sursat satmağı planlaşdırırlar. Onların yürütdüyü bəzi siyasəti də məhz buna görədir. Lakin bunun onların özünə, Amerikaya və regiona zinyanından başqa nəticəsi olmayacaq”.

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir.

 

Bəzi Amerika rəsmilərinin bildirdiyinə görə, Tramp, İranla imzalanmış nüvə sazişi ilə bağlı mövqeyini və ölkəsinin bu sazişdə qalıb-qalmayacağını oktyabrın 12-də (mehrin 20-də) açıqlayacaq.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN