Zərif: “Bizim Türkiyə ilə dost münasibətlərimiz var. Lakin onlar terrorçulara dəstək verməməlidir”

Zərif: “Bizim Türkiyə ilə dost münasibətlərimiz var. Lakin onlar terrorçulara dəstək verməməlidir”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif martın 15-də Livanın “Əl-Məyadn” telekanalına müsahibəsində Tehranla Ankara münasibətlərindən, Amerikanın İrana qarşı sanksiyalarından, Səudiyyə Ərəbistanı və İsraildən və nüvə sazişindən danışıb.

 

Zərif bildirib ki, Səudiyyə Ərəbistanı və İsrail, İranla Qərb arasında nüvə sazişinin əldə olunmasının qarşısını almağa çalışırdılar. Lakin saziş imzalanandan sonra indi də onun icrasına mane olmağa cəhd edirlər: “Amerikanın yeni hökuməti başa düşəcək ki, İrana qarşı sanksiyalar qoymağın heç bir xeyri yoxdur. Vaşinqton gec-tez anlayacaq ki, ən yaxşı seçim, nüvə sazişini icra etməkdir.

 

Türkiyə ilə münasibətlərə gəlincə, bu ölkə bizim mühüm qonşumuzdur. Bizim Türkiyə ilə dost münasibətlərimiz var. Lakin onlar terrorçulara dəstək verməməli, onların əlinə silah-sursat çatdırılmasının qarşısını almalıdırlar. Türkiyə bölgənin mühüm və təyinedici ölkələrindən biridir”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN