Zərif: “Fars körfəzi bir barıt anbarına çevrilib”

Zərif: “Fars körfəzi bir barıt anbarına çevrilib”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif avqustun 12-də “Əlcəzirə” telekanalına müsahibəsində körfəzdə yaranmış təhlükəli durumdan və xarici ölkələrin hərbi gəmilərinin körfəzə gəlişindən danışıb.

 

Amerika Birləşmiş Ştatlarının region ölkələrinə, o cümlədən də Səudiyyə Ərəbistanına silah satışını kəskin tənqid edən Zərif deyib ki, Vaşinqtonun bu addımı bölgədə təhlükəli vəziyyətin yaranmasına səbəb olub: “Fars körfəzi bir barıt anbarına çevrilib və artıq partlamaq üzrədir. Bu körfəz çox kiçik bir su hövzəsidir. Elə buna görə də hesab edirik ki, xarici qüvvələrin və onlara məxsus hərbi gəmilərin mövcudluğu bölgədə artıqca, körfəzin də təhlükəsizliyi zəifləyir.

 

Təcrübə göstərib ki, Amerika Birləşmiş Ştatları dəniz qüvvələrinin, eləcə də digər xarici hərbi gəmilərin regiondakı varlığı, heç vaxt körfəzə dinclik gətirməyib və bu regionun təhlükəsizliyinin qorunmasına səbəb olmayıb. Bölgədə hansısa bir hərbi koalisiyanın yaranmasına gəlincə düşünürəm ki, bu kimi hərbi koalisiyalar əvvəlcədən məğlubiyyətə məhkumdur. Çünki əcnəbi qüvvələrin körfəzə gəlişi, bölgədə yalnız sabitliyin pozulmasına səbəb olurlar” –deyə Məhəmmədcavad Zərif vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN