Zərif: “Güman edirəm ki, Tramp İranın nüvə sazişinə sadiq qaldığını təsdiq etməyəcək”

Zərif: “Güman edirəm ki, Tramp İranın nüvə sazişinə sadiq qaldığını təsdiq etməyəcək”

GünAzTV: Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 29-da Böyük Britaniyanın məşhur “Guardian” və “The Financial Times” qəzetlərinə müsahibəsində Qərblə İran arasında imzalanmış nüvə sazişindən və ABŞ prezidenti Donald Trampın buna münasibətindən danışıb.

 

Zərif bildirib ki, Əgər Amerika hökuməti Tehranla 5+1 qrupu arasında əldə edilmiş nüvə sazişindən çıxmağa qərar versə, İran da həmin sazişdən çıxacaq: “Belə olsa, İranın qarşısında başqa seçimləri var. Lakin bu seçimlər, beynlxalq ictimaiyyətin Amerikanın bu hərəkətinə necə reaksiya verməsindən və məsələyə necə yanaşmasından asılı olacaq. Əgər Avropa, Yaponiya, Rusiya və Çin, bu məsələdə Amerikanın tərəfinə keçib onunla eyni mövqedən çıxış etsələr, o zaman bu sazişin (“Bərcam”ın) sonu gələcək.

 

Biz isə əgər bu sazişdən çıxmaq qərarına gəlsək, razılaşmadan əvvəlki şəraitlə müqayisədə, daha inkişaf etmiş bir nüvə texnologiyası ilə sazişi tərk edəcəyik. Şəxsən güman edirəm ki, Amerika prezidenti, mövcud nüvə sazişi ilə bağlı Konqresə təqdim edəcəyi növbəti hesabatında, İranın bu sazişə sadiq qaldığını təsdiq etməyəcək”.

 

Qeyd edək ki, Amerika hökuməti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir. Trampın Konqresə yeni hesabatı oktyabr ayında təqdim ediləcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN