Zərif: “İran region ölkələri ilə çaxnaşmanın aradan qaldırılması üçün irəli sürülən bütün təklifləri müsbət qarşılayır”

Zərif: “İran region ölkələri ilə çaxnaşmanın aradan qaldırılması üçün irəli sürülən bütün təklifləri müsbət qarşılayır”

GünazTV: Tehranla Vaşinqton arasında çaxnaşmanın şiddətlənməsinin ardınca körfəzdəki böhranla bağlı danışıqlar aparmaq üçün İraqa səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, ölkəsinin qonşu ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istəməsindən danışıb.

 

Zərif, mayın 26-da jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Tehran özünün qonşu ərəb ölkələri ilə normal münasibətlərin tərəfdarıdır və İran onlarla bir-birinə hücum etməmək barədə rəsmi sənəd imzalamağa hazırdır: “İran İslam Respublikası “Fars” körfəzi regionundakı ölkələrlə ən yaxşı münasibətlərin bərqərar olunmasının tərəfdarıdır. İran bölgədə yaşanan çaxnaşmanın aradan qaldırılması məqsədi ilə danışıqlar aparılması üçün irəli sürülən bütün təklifləri müsbət qarşılayır.

 

Bununla belə, bir daha bildiririk ki, biz, ölkəmizə qarşı hər hansı bir hərbi və ya iqtisadi savaşın aparılması üçün göstərilən cəhdlərin qarşısında dayanacaq, tam gücümüzlə müqavimət göstərəcəyik” –deyə Zərif əlavə edib.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN