Zərif: “İran rəsmiləri ilə görüşmək üçün əvvəlcə Amerika hökumətində ciddi dəyişikliklər edilməlidir”

Zərif: “İran rəsmiləri ilə görüşmək üçün əvvəlcə Amerika hökumətində ciddi dəyişikliklər edilməlidir”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 5-də “Əl-Cəzirə” telekanalına müsahibəsində Tehranla Vaşinqton rəsmiləri arasında görüşmək ehtimalından və bunun şərtlərindən danışıb.

 

Zərif bildirib ki, əgər Amerika rəsmiləri iranlı həmkarları ilə görüşüb danışıqlar aparmaq istəyirlərsə, hər şeydən əvvəl Tramp hökumətində bəzi dəyişikliklər etməlidirlər: “Düşünürəm ki, siyasətdə “heç vaxt” sözünü və ifadəsini işlətmək düzgün deyil. Elə buna görə də hesab edirəm ki, İran rəsmiləri ilə görüşmək üçün əvvəlcə Amerika hökumətində ciddi dəyişikliklər edilməlidir. Çünki amerikalılara və onların indiki hökumətinə, eləcə də onların imzaladıqları müqavilərə sadiq qalacaqlarına və öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklərinə inanmaq olmaz”.

 

Zərif, Tehranla müzakirələrdən əvvəl Amerika hökumətində konkret hansı dəyişiklərin edilməsini nəzərdə tutduğunu açıqlamayıb.

 

Qeyd edək ki, İranın dini lideri axund Əli Xamneyi bundan əvvəl öz çıxışlarının birində demişdi ki, əgər İran amerikalılarla danışıqlar aparmaq qərarına gəlsə belə, onların hazırkı hökuməti (Tramp hökuməti) ilə müzakirələr aparmağa heç vaxt razı olmayacaq.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN