Zərif: “İranla İsrail arasında savaş təhlükəsi ciddidir”

Zərif: “İranla İsrail arasında savaş təhlükəsi ciddidir”

GünazTV: Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransına qatılan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında İsraili bölgədə yeni bir müharibyə cəhddə günahlandıraraq, ölkəsinin apardığı raket proqramından danışıb.

 

Zərif, ona verilən “Sizcə bölgədə yeni bir savaşın başlanması təhlükəsi ciddidir mi” sualını cavanlandıraraq, deyib ki, bəzi ölkələr regionda müharibə salmaq niyyətindədirlər: “Bəli bu təhlükə ciddidir və konkret olaraq, deyə bilərəm ki, İranla İsrail arasında savaş təhlükəsi yüksəkdir. İsrail mütəmadi olaraq, Suriyada  beynəlxalq qanunları pozur, Avropa dövlətləri isə onun bu rəftarına göz yumurlar. Hesab edirəm ki, əgər vəziyyət belə davam etsə və siz avropalılar beynəlxalq qanunların açıq şəkildə pozulması hallarına biganə yanaşsanız, savaş təhlükəsi daha da artacaq”.

 

Zərif, həmçinin İranın raket proqramına toxunaraq, Qərb ölkələrinin Tehrandan bu sahədə apardığı fəaliyyətini dayandırmaq barədəki istəyini rədd edib: “Tutaq ki, biz raket proqramını dayandırdıq. O zaman, kimsə bizə özümüzü müdafiə etmək üçün silah və qırıcı təyyarələr satacaqmı. Əgər hücuma məruz qalsaq, onda nə edək. Qılınclamı özümüzü müdafiə edək”.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyada fəaliyyət göstərən “Sepah” və terrorçu “Hizbullah” qüvvələrinə və onların silah anbarlarına çoxsaylı hava zərbələri endirib. Həmin hücumlar nəticəsində onlarla “Sepah”çı və “Hizbullah” muzdlusu öldürülüb, onlara məxsus silah anbarları məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN