Zərif: “Kürdistanın İraqdan ayrılması üçün keçirilmiş referendum çox təhlükəlidir”

Zərif: “Kürdistanın İraqdan ayrılması üçün keçirilmiş referendum çox təhlükəlidir”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 27-də jurnalistlərə açıqlamasında üç gün əvvəl İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna münasibət bildirib.

 

Zərif deyib ki, İran İslam Respublikası İraq kürdlərinin keçirdiyi referendumu və onun nəticələrini tanımır: “Kürdistanın İraqdan ayrılması üçün  keçirilmiş müstəqillik referendumu bölgənin sabitliyinə qarşı böyük bir təhlükədir. Bu həm də çox ciddi strateji bir səhvdir. Biz isə bunu rədd edirik. Hesab edirik ki, İraqın ərazi bütövlüyü qorunub saxlanılmalıdır”.

 

Sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

 

Xatırladaq ki, son günlər İranın bir sıra yüksək rütbəli rəsmiləri ayrı-ayrılıqda bəyanatlar səsləndirərək İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna qarşı çıxaraq, İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarı olduqlarını bildiriblər. Sentyabrın 27-də isə İran parlamentinin 210 deputatı birgə bəyanat yayaraq İraq kürdlərinin keçirdiyi həmin referendumu pisləyiblər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN