Zərif: “Raket sınağı və kosmosa peyk göndərilməsi 2231 saylı qətnamə ilə ziddiyyət təşkil etmir”

Zərif: “Raket sınağı və kosmosa peyk göndərilməsi 2231 saylı qətnamə ilə ziddiyyət təşkil etmir”

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun İranın nüvə proqramının və kosmosa peyk göndərmək ilə bağlı planının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğu barədə “twitter” sosial şəbəkəsində yazdıqlarına reaksiya verib.

 

Zərif bu iki halın qətnaməni pozmadığını iddia edib. Onun sözlərinə görə, nüvə razılaşmasında İranın raket sınaqları ilə bağlı müddəa yer almayıb.

 

Amerika Birləşmiş Ştatlarından başqa, ərəb ölkələri, eləcə də nüvə razılaşmasının qorunub saxlanmasını dəstəkləyən Avropa Birliyinə üzv ölkələr də dəfələrlə rəsmi Tehranın raket proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Avropa ölkələri bir neçə dəfə İrandan raket proqramını dayandırmasını tələb edib.

 

Qeyd edək ki, İran regionda fəaliyyət göstərən bir çox terror təşkilatına raket də daxil olmaqla silah-sursat tədarük edir. BMT bir müddət əvvəl apardığı tədqiqatlara əsasən bildirmişdi ki, Yəməndə husilərin Səudiyyə Ərəbistanına atdığı raketlər İran istehsalı olan raketlərlə oxşar texnoloji və dizayn xüsusiyyətlərə malikdir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN