Zərif: “Rusiya şəraitdən asılı olaraq İranın hərbi hava bazalarından istifadə edə bilər”

Zərif: “Rusiya şəraitdən asılı olaraq İranın hərbi hava bazalarından istifadə edə bilər”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif martın 28-də “Röyters” agentliyinə müsahibəsində Rusiyanın İranın hərbi bazalarından istifadə etməsinin mümkünlüyündən danışıb.

 

İran prezidenti Həsən Ruhani ilə birgə Moskvaya səfər edən Zərif, öz açıqlamasında  bildirib ki, Rusiyanın hazırda İranda hərbi bazası yoxdur: “İranla Rusiyanın bir-biri ilə müxtəlif sahələrdə yaxşı əməkdaşlığı var. Zərurət yarananda isə ruslar terrorizmə qarşı mübarizədə İranın imkanlarından faydalana bilərlər. Biz vəziyyətdən asılı olaraq qərar veririk. Rusiya isə Suriyada hərbi əməliyyatlar keçirmək üçün vəziyyətdən və şəraitdən asılı olaraq istədiyi vaxt İranın hərbi hava bazalarından istifadə edə bilər”.

 

Qeyd edək ki, 2016-cı ilin avqust ayında Rusiya qırıcıları İranın Həmədan şəhərinin "Noje" hərbi bazasından səmaya qalxaraq Suriyadakı müxalif qüvvələrin mövqelərini bombardıman ediblər. Lakin rəsmi Moskvanın bu bazadan istifadə etdiyini mediada işıqlandırmasından sonra iki ölkə arasındakı münasibətlərdə nisbətən soyuqluq yarandı. Nəticədə Rusiyanın bu bazadan istifadəsi müvəqqəti olsa da dayandırıldı.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN