Zərif: “Talibanın Əfqanıstanın gələcəyində öz yeri olmalıdır”

2019-01-10 14:47

GünAz TV: Hindistanda səfərdə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu sözləri yerli televiziya kanallarından biri ilə müsahibə zamanı deyib.

 

Onun sözlərinə görə, Əfqanıstanın gələcəyini Talibansız qurmaq “qeyri- mümkün”dür. Bununla belə, Zərif bildirib ki, Taliban Əfqanıstanda üstün rola sahib olmalı deyil.

 

İranın Talibanla əlaqələrinin səviyyəsindən də danışan Zərif, qeyd edib ki, İran Talibanla “düşünülmüş əlaqələr” qurub: “Əfqanıstanla olan sərhədlərimiz bu qruplaşmanın nəzarətində olduğu üçün bizim bu münasibətlərə ehtiyacımız var”- deyə o, əlavə edib.

 

Qeyd edək ki, 1990-cı illərdə İran ilə Taliban terror qruplaşması arasında münasibətlər gərgin olub. Xüsusilə də Talibanın İranın Məzari-Şərifdə yerləşən konsulluğuna hücumundan sonra iki tərəf barışmaz düşmənə çevrilmişdilər. Lakin son illər geostrateji maraqlar səbəbindən rəsmi Tehran ilə terror qruplaşması arasındakı münasibətlərdə yaxınlaşma hiss olunur.

 

Son illər ərzində Amerika Birləşmiş Ştatları, eləcə də bir sıra avropalı diplomat İran və Rusiyanı DAİŞ-in Əfqanıstanda təsirinin artması ilə mübarizə üçün Taliban terror təşkilatına dəstək verməkdə ittiham edir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21