Zərif Trampın islam inqilabının 40-cı ildönümü ilə bağlı son bəyanatına cavab verib

Zərif Trampın islam inqilabının 40-cı ildönümü ilə bağlı son bəyanatına cavab verib

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralın 12-də “Twitter” səhifəsində  paylaşdığı bir postda, ABŞ prezidenti Donald Trampın bir gün əvvəl islam inqilabının 40-cı ildönümü ilə bağlı səsləndirdiyi son bəyanatına reaksiya verib.

 

Zərif Trampa cavab olaraq öz “Twitter” səhifəsində  bunları yazıb: “İranlıların heç vaxt müti (tabe) olmayacağını qəbul etməkdə - 40 il məğlubiyyət, Amerika siyasətini reallıqla uyğunlaşdırmaqda - 40 il məğlubiyyət, qan tökməklə, pul xərcləməklə İranın sabitliyini pozmaqda - 40 il məğlubiyyət, 40 il səhv seçimlərdən sonra, Donald Trampın Amerikanın məğlubiyyətə uğramış siyasətinə yenidən baxmasının artıq vaxtı gəlib çatıb”.

 

 

Xatırladaq ki, Tramp fevralın 11-də İranda islam inqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə şəxsi “Twitter” səhifəsində fars və ingilis dillərində paylaşdığı postlarda, İranda ruhaniərin 40 illik hakimiyyətinin nəticələrini açıqlayıb. O deyib ki, islam inqilabı 40 il məğlubiyyət deməkdir: “40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi yalnız 40 il məğlubiyyətə səbəb olub. Halbuki 40 ildir əzab içində yaşayan İran milləti daha yaxşı və parlaq bir gələcəyə layiqdir”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN