Zərif: “Trampın sözlərinə çox da fikir verməyin”

Zərif: “Trampın sözlərinə çox da fikir verməyin”

GünAzTV: İranın xarici  işlər naziri Məhəmmədcavad Zərif aprelin 26-da jurnalistlərlə görüşündə ABŞ prezidenti Donald Trampın və onun hökumətinin nüvə sazişi ilə bağlı səsləndirdiyi bəyanatlardan danışıb.

 

ABŞ rəsmilərinin İranla Qərb arasında əldə edilən nüvə sazişini vaxtaşırı tənqidinə toxunan Zərif, jurnalistlərdən birinin ona verdiyi sualı cavablandırıb.

 

“Tramp və Amerikanın hökumət rəsmiləri bildiriblər ki, onlar nüvə sazişinə sadiq qalmaya bilər, məsələyə yenidən baxılmasını tələb edə bilərlər. Belə olarsa İranın buna reaksiyası necə olacaq”-sualını cavablandıran Zərif deyib ki, səslənən bu kimi bəyanatlara əhəmmiyyət vermək lazım deyil: “Siz Trampın sözlərinə çox da fikir verməyin”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN