Zərifi Avropa səfərində müşaiyət edən jurnalistlərdən biri İsveçdən sığınacaq alıb

Zərifi Avropa səfərində müşaiyət edən jurnalistlərdən biri İsveçdən sığınacaq alıb

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Skandinaviya ölkələrinə etdiyi rəsmi səfər çərçivəsində müşaiyət edən jurnalistlərdən biri İsveçdən sığınacaq alıb.

 

Bəzi media orqanları Əmir Tövhid Fazil adlı bu jurnalistin mühafizəkarlara yaxın olduğunu bildirir. Lakin sonunculara məxsus xəbər agentlikləri bunu təkzib edirlər.

 

Mühafizəkarların “Keyhan” qəzeti dərc etdiyi xəbərdə əslində Əmir Tövhid Fazilin islahatçı siyasi qanadına mənsub olduğunu və “xəyanətkarlar”ın onların içərisindən çıxdığını bildirib.

 

Əmir Tövhid Fazilin Tehrana qayıtmamasını və İsveçdən sığınacaq almasını İran da rəsmən təqdiqləyib.

 

Jurnalist özü isə yayılan xəbərlərə şəxsi “Twitter” səhifəsində bu cür münasibət bildirib: “Hər kəsin öz həyatı ilə bağlı qərar qəbul etmək haqqı var. Heç kimin gələcəkdən xəbəri yoxdur. Yalnız dar düşüncəli insanlar xəbərləri olmadan danışırlar.”

 

Qeyd etmək lazımdır ki, İranda siyasi ədalətsizlik, ağır iqtisadi şərait, insan haqlarına riayətin aşağı səviyyədə olması, söz azadlığının olmaması və digər bu kimi səbəblərdən uzun illərdir ki, yüz minlərlə insan xarici ölkələrdən sığınacaq alırlar. Onların içərisində professorlar, jurnalistlər, idmançılar, sənət adamları və digər sahələrdə çalışan insanlar çoxluq təşkil edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN