Zərrab və Ebru Gündeş cütlüyünün qızının əmlakına həbs qoyuldu

Zərrab və Ebru Gündeş cütlüyünün qızının əmlakına həbs qoyuldu

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) həbsxanada olan iş adamı Rza Zərrab barədə davam edən istintaq çərçivəsində qərar çıxarılaraq onun və yaxınlarının mülklərinin müsadirə edilməsi barədə hökm elan edilib.

 

Bu məqamda Türkiyədə əsas diqqət yenə də Zərrabın müğənni Ebru Gündeşdən olan qızı Alaraya yönəlib. Belə ki, məhkəmə qərarı ilə biznesmenin də qızının adına olan mülkləri müsadirə olunub.

 

6 yaşlı Alaranın adına hansı mülklərin olduğuna dair hələ ki, məlumat yoxdur.

 

Qeyd olunur ki, ABŞ məhkəməsi E.Gündeşin əmlaklarının müsadirə olunmasına dair qərar çıxarmayıb. Çünki sənətçi ilə iş adamı ailə qurmazdan öncə evlilik sözləşməsi imzalayıblar.

 

Cütlüyün qızının mülklərinin müsadirə olunması isə Zərrabın bəzi mülkləri Alaranın adına qeydiyyatdan keçirməyi ilə bağlıdır. “Qafqazinfo”

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN