“Zeytun budağı” əməliyyatında məhv edilən terrorçuların sayı açıqlanıb

“Zeytun budağı” əməliyyatında məhv edilən terrorçuların sayı açıqlanıb

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1931 nəfərə çatıb.

 

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

 

Məlumatda bildirilir ki, son sutkada (24 saat) 58 terrorçu məhv edilib.

 

Yanvarın 20-dən başlayan əməliyyat çərçivəsində 100-dən çox məntəqə terrorçulardan azad edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN