"Zeytun budağı" əməliyyatında öldürülən terrorçuların sayı açıqlanıb

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1439-a çatıb.

 

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Bildirilib ki, əməliyyatın 25-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 70 terrorçusu zərərsizləşdirilib.

 

Qeyd edək ki, "Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN