4 öyrənci dərnəyi Zəhra Nəvidurun qətl işinə baxılmasını tələb edib

4 öyrənci dərnəyi Zəhra Nəvidurun qətl işinə baxılmasını tələb edib

GünAz TV: Azərbaycanın 4 universitetinin “İslam camiəsi” dərnəkləri İran parlamentinin sədrinə məktub yazaraq Zəhra Nəvidpurun müəmmali ölümü və bununla əlaqədar Məlikanın sözdə millət vəkili Salman Xudadadi ilə bağlı iddialara baxılmasını tələb ediblər.

 

Öyrənci dərnəkləri mühafizəkar və İran İslam Cümhuriyyətinin tərəfdarlarıdır.

 

Parlamentin sədri Əli Laricaniyə Təbriz Universiteti, Təbriz Azad Universiteti, Azərbaycan Şəhid Mədəni Universiteti və Təbriz Səhənd Sənaye Universitetinin “İslam camiəsi” dərnəkləri yazılı məktubla müraciət edib.

 

Məktubda Əli Laricanidən Zəhra Nəvidpurun müəmmalı ölümü və bununla bağlı Salman Xudadadiyə qarşı iddialara baxılması tələb olunub.

 

Məktubun surəti deputatların rəftarlarına nəzarət edən heyət və Şərqi Azərbaycan Deputatlar Birliyinə göndərilib.

 

Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb.

 

28 yaşlı qız ölümündən əvvəl GünAz TV ilə danışığında davamlı olaraq Hacı Salman və onun əlaltıları tərəfindən təhdidə məruz qaldığını bildirib.

 

Zəhra Nəvidpur ölümündən əvvəl Salman Xudadadi tərəfindən təcavüzə məruz qaldığı üçün bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN