6 əhərli milli-mədəni fəalın həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

6 əhərli milli-mədəni fəalın həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

GünAz TV: Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi, İnqilab Məhkəməsinin 6 azərbaycanlı fəal haqda çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.


Sentyabrın 1-də Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində fəalların 4-nün iştirakı ilə keçirilən iclasa hakim Bəhlul Əlizadə sədrlik edib. Sentyabrın 9-da fəallara göndərilən hökmdə barələrində çıxarılan həbs qərarının olduğu kimi qüvvədə saxlandığı məlum olub.


Bundan əvvəl İnqilab Məhkəməsi İbrahim Nuri və Əkbər Əbulzadəni hər birini 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şokri və İsrafil Fəthullazadəni hər birini 7 ay həbsə məhkum edib.  Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi artıq həmin hökm barəsində qəti qərar çıxarıb.


Digər fəal Saleh Molla Abbasi Apelyasiya Məhkəməsinin iclasına çağırılsa da çıxarılan hökmdə adı yer almayıb.


İbrahim Nuri hazırda Tehranın Evin zindanında qondarma ittihamlara görə məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.


2015-ci ilin noyabr ayında İran televiziyasında yayımlanan məlum təhqiramiz “Fitilə” verilişi Güney Azərbaycanda silsilə etirazlara səbəb oldu. Əhər şəhəri etiraz aksiyalarının əsas mərkəzlərindən bir kimi gündəmə gəldi. 2017-ci il oktyabrın 15-də Əhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi həmin aksiyalarda saxlanılan fəalların 7-i barədə həbs qərarı çıxardı.

 

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN