6 urmiyəli yeniyetmə voleybolçu ölkənin milli komandasının təlim-məşq toplanışına dəvət olunub

6 urmiyəli yeniyetmə voleybolçu ölkənin milli komandasının təlim-məşq toplanışına dəvət olunub

GünAz TV: Dövlətin Urmiyə şəhərinin voleyboluna olan laqeyd münasibəti və bu sahədə yaranan müxtəlif problemlərə rəğmən bu şəhər yenə də ən güclü voleybolçular yetişdirməkdədir.

 

Son məlumata görə, Urmiyə şəhərindən 6 voleybolçu İranın voleybol üzrə yeniyetmələrdən ibarət milli komandasının təlim-məşq toplanışına dəvət olunub.

 

Bu barədə İran milli komandasının baş məşqçisi Məhəmməd Vəkili məlumat verib. Baş məşqçi təlim-məşq toplanışına dəvət olunan oyunçuların siyahısını aprelin 12-də açıqlayıb, siyahıda Urmiyənin yeniyetmə voleybolçuları Soheyl Məsud, Komeyl Əkbəri, Bərdya Səadət, Karil Dadaş Ade, İrfan Haqqnəzəri və Əmir Hüseyn Hümmətinin də adları yer alıb.

 

Sözügedən komandanın təlim-məşq toplanışı aprelin 15-dən “Bəndər Ənzəli”də başlayaraq 5 gün davam edəcək. Bu komanda ötən il 4 urmiyəli oyunçunun iştirakı ilə dünya çempionu olmuşdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN